İki azərbaycanlı birinci kateqoriyaya yüksəldi

18 Noyabr 2025 03:40 Güləş 507
İki azərbaycanlı birinci kateqoriyaya yüksəldi

Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Eldar Bayramov bu il İspaniya Qran-prisində (4-6 iyul), Əli Babayev isə "Poland Open" turnirində (30 iyul-3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurublar.

Bunadək II kateqoriyada xalça üzərində fit səsləndirən referilər növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.

Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.

Digər Xəbərlər
Xəbər Lenti