Dünya çempionatında 3 bürünc qazanmaq şansımız var

00:00 Güləş 91
Dünya çempionatında 3 bürünc qazanmaq şansımız var

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıb.

Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabıyla məğlub olub.

Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı Viktoriya Boynovaya şans tanımayıb – 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gəlib.

Yarımfinalda yaponiyalı Ruka Natamiylə qarşılaşan Günay son saniyələrdə qələbəni əldən verib – 1:3. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kq) təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya “tuş”la uduzub.

Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyandan güclü olub – 14:5.

Xaniyev Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Xaniyev finalın bir addımlığında türkiyəli Muhammed Özmuşa məğlub olub – 3:7. Maqomed-Başir sabah bürünc medal uğrunda güləşəcək.

Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu