"Finalda bir səhv ucbatından məğlub oldum"

4 Oktyabr 2025 05:00 Güləş 692
"Finalda bir səhv ucbatından məğlub oldum"

Azərbaycan sərbəst güləşçisi Hacıhüseyn Əhmədzadə lll MDB Oyunlarının finalında bir səhv ucbatından məğlub olub.

Sportinfo.az xəbər verir ki, bunu 51 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan özü deyib.

"Bütün rəqiblərimlə görüşlər çətin keçdi. Finalda bir səhv ucbatından rusiyalı rəqibimə məğlub oldum.

Yarışa yaxşı hazırlaşmışdım, qızıl medal üçün güləşirdim. Təəssüf ki, alınmadı. Hər şeyə görə məşqçilərimə təşəkkür edirəm", - yeniyetmə güləşçi söyləyib.

lll MDB Oyunlarında güləş yarışları Gəncədə keçirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti