Mikayıl Cabbarov: "O, daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq" - FOTO

05:20 Güləş 88
Mikayıl Cabbarov: "O, daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq" - FOTO

Sərbəst güləşçi Osman Nurmaqomedov (92 kq) gələcək yarışlarda daha yüksək əyarlı medallarla Azərbaycanı qürurlandıracaq.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanan sərbəst güləşçi Osman Nurmaqomedovu (92 kq) təbrik edib.

"Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə millimiz uğurlarını davam etdirir. Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan güləşçimizi, məşqçilərimizi və idmançımızın ailə üzvlərini təbrik edirik. İnanırıq ki, Osman gələcək yarışlarda daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq", - deyə AGF rəhbəri bildirib.

Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında dörd medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu