"Gələcəkdə dünya çempionu yetişdirəcəyimizə ümid edirik"

04:10 Güləş 59
"Gələcəkdə dünya çempionu yetişdirəcəyimizə ümid edirik"

Azərbaycanın bəzi sərbəst güləşçiləri dünya çempionatında müxtəlif səbəblərdən medal qazana bilməyiblər.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında millinin baş məşqçisi Xetaq Qazyumov deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən mundialla bağlı fikirlərini bölüşüb:

"Bəzi idmançılar bizi medallarla sevindirə bilərdilər. Amma müxtəlif səbəblərdən qazana bilmədilər. İlk dəfə dünya çempionatında mübarizə aparanlar da oldu. Bu, çox sevindirici haldır".

Mütəxəssis 22 yaşlı Nurəddin Novruzovun çox yaxşı mübarizə apardığını söyləyib:

"Onun bürünc mükafatının digər gənclər üçün başlanğıc olacağına ümid edirəm. Əminəm ki, həmin gənclər yaxşı mənada həsəd aparacaqlar və medal qazanmaq istəyəcəklər. Gələcəkdə dünya çempionu yetişdirəcəyimizə ümid edirik. Bunun reallaşması üçün çalışırıq".

Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında dörd medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu