2026-cı ildə Bakıda dünya çempionatı keçiriləcək

03:30 Güləş 84
2026-cı ildə Bakıda dünya çempionatı keçiriləcək

17 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq
14 Sentyabr 02:20 Daha 5 transfer - FOTOLAR