Azərbaycan millisi dünya çempionatında 3-cü oldu

28 Oktyabr 2024 03:30 Güləş 827
Azərbaycan millisi dünya çempionatında 3-cü oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə millisi dünya çempionatını 1 qızıl 2 gümüş və 1 bürünc medalla başa vurub.

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!