
"Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım.
Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi".
Sportinfo.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev deyib.
97 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı çəkisinin az olmasına baxmayaraq, yarışa çempionluq hədəfi ilə yollandığını bildirib:
"Çox yaxşı hazırlaşmışdım. Şükürlər olsun, istəyimə nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm.
Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm".
Murad Əhmədiyev turnirin finalında macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.