Federasiyada iclas oldu, millimizin DÇ üçün heyəti müəyyənləşdi

7 Sentyabr 2022 03:10 Güləş 537
Federasiyada iclas oldu, millimizin DÇ üçün heyəti müəyyənləşdi

Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, mundialın ilk günlərində yunan-Roma güləşi üzrə millimiz mübarizə aparacaq.

Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib. Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Daha sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizi təmsil edəcək.

Sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək. Növbəti gün Eldəniz, Ülvü və Sənan yarışa start verəcək. Ayın 11-də Taleh, Həsrət, Rafiq və Arif, ayın 12-də isə Muradla Sabah mübarizəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"