"Federasiyanın təklifindən sonra düşündüm ki..."

26 Sentyabr 2021 11:20 Güləş 967
"Federasiyanın təklifindən sonra düşündüm ki..."

"2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatından sonra Tokio-2020 Yay Olimpiya Oyunları barədə düşünməyə başladım".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

Tokio olimpiadasının bürünc mükafatçısı bildirib ki, Yaponiya paytaxtında 87 kq çəki dərəcəsində güləşmək istəsə də, Azərbaycanm Güləş Federasiyası ona 77 kq-da mübarizə aparmağı təklif edib:

"2020-ci ilin sentyabrında çəkim 90 kq-dan çox idi. Olimimpiadada 87 kq-da çıxış edəcəyimi düşünürdüm. Lakin federasiyanın təklifindən sonra düşündüm ki, artıq çəkini ata bilərəm.

Peşəkar dietoloqların köməyinə müraciət etdim, düzgün arıqladım və 77 kq çəki dərəcəsində Azərbaycanı olimpiadada təmsil etdim".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda