"Azərbaycana medal qazandırmağım sürpriz sayılmamalıdır"

4 Sentyabr 2021 11:00 Güləş 491
"Azərbaycana medal qazandırmağım sürpriz sayılmamalıdır"

"Hər şey gözəl idi. Yarış da yaxşı keçdi.

Sevinirəm ki, qızıl medal qazandım".

Sportinfo.az xəbər verir ki, bunu I MDB Oyunlarının qalibi olan (130 kq) Azərbaycan yunan-Roma güləşçisi Sərxan Məmmədov deyib.

Gənc pəhləvan əldə etdiyi nailiyyətə görə üzərində əziyyəti olan məşqçilərə, Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.

O, daha əvvəl Avropa və dünya çempionatlarında da mükafatçı olduğunu xatırladıb: "Azərbaycana ağır çəkidə qızıl medal qazandırmağım sürpriz sayılmamalıdır. Bu, azərbaycanlı güləş məşqçilərinin əziyyətinin nəticəsidir".

Məmmədov finalda fərqli formada mübarizə apardığını vurğulayıb: "Belə güləşdim ki, rəqib aldansın və mənim döyüş üslubunu tuta bilməsin".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı