Azərbaycan qızıl və bürünc medal qazandı - MDB Oyunlarında

3 Sentyabr 2021 19:40 Güləş 914
Azərbaycan qızıl və bürünc medal qazandı - MDB Oyunlarında

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Nurməhəmməd Abdullayevlə (Qırğızıstan) üz-üzə gəlib.

Rəqibinə 7:1 hesabı ilə qalib gələn Məmmədli bürünc medal qazanıb.

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar