Erməniyə 7:0 qalib gəlib, dünya çempionu oldu - VİDEO

23 Avqust 2021 01:10 Güləş 615
Erməniyə 7:0 qalib gəlib, dünya çempionu oldu - VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.

Sportinfo.az xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.

Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib.

O, finalda rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.

Yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti