Azərbaycanlı Birgül DÇ-nın yarımfinalında uduzdu - FOTO

20 Avqust 2021 00:50 Güləş 610
Azərbaycanlı Birgül DÇ-nın  yarımfinalında uduzdu - FOTO

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 62 kq çəki dərəcəsində 1/4 finalda qırğızıstanlı Dilnaz Sazanovaya 9:7 hesabı ilə qalib gələn idmançı finala gedən yolda Hindistan təmsilçisi Devil Sancu ilə qarşılaşıb.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan Soltanova finala çıxa bilməyib. O, bürünc medal uğrunda güləşəcək.

Təsnifat mərhələsində Otqontuya Çinbolda (Monqolustan) 2:12 hesabı ilə uduzan Elnurə Məmmədova (53 kq) rəqibi finala çıxmadığı üçün mübarizəni dayandırıb.

1/4 finalda Amina Kapezana (Rumıniya) 1:3 hesabı ilə məğlub olan Nigar Mirzəzadə (63 kq) də eyni aqibətlə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”