3 azərbaycanlıi finalda!

17 Avqust 2021 01:00 Güləş 511
3 azərbaycanlıi finalda!

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.

57 kq-da Nurəddin Novruzov startda italiyalı Simyone Piroddu üzərində inamlı qələbə qazanıb. Monqolustan təmsilçisi Daştseren Purveeni də vaxtından əvvəl məğlub edən idmançı finala gedən yolda rusiyalı Ramazan Baqavudinova uduzub.

Novruzov bürünc medal uğrunda görüşdə Assilcan Yessengeldi (Qazaxıstan) - Şübham Şübham (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq-da çıxış edən Zirəddin Bayramov ilk görüşdə tacikistanlı Mustafa Əhmədovu üstələyib. O, gürcüstanlı Giorgi Tçoladze ilə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə ABŞ təmsilçisi Reynald Bartletdən güclü olan Bayramov finala yüksəlib. O, qızıl medal uğrunda rusiyalı Şamil Mammədovla güləşəcək.

70 kq-da yarışan Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan İvan Stoyanova tam üstünlüklə qalib gəlib.

İsveçli Kevin Makotaya da heç bir şans verməyən idmançı yarımfinalda rusiyalı Stanislav Svinoboyevla qüvvəsini sınayıb. Rəqibini məğlub edən Hacıyev həlledici görüşdə İran təmsilçisi Erfan Məhəmməd Elahi ilə üz-üzə gələcək..

79 kq çəki dərəcəsindəki Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi Osman Dzasezevs üzərində inamlı qələbə ilə start verib.

Monqolustan güləşçisi Munxdavaa Bayarmunxa eyni aqibəti yaşadan idmançı 1/4 finalda qırğızıstanlı Məhəmməd Abdullayevi məğlub edərək, yarımfinala adlayıb.

Bu raundda qazaxıstanlı Maxambet Nurjaubayevlə dueldən qalib ayrılan Aşırov finalda iranlı Məhəmməd Aşqar Nokhodilarimiyə rəqib olub.

Dünya çempionatı

57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya) - 11:6
1/4 final: Nurəddin Novruzov - Daştseren Purvee (Monqolustan) - 12:2
1/2 final: Nurəddin Novruzov - Ramazan Baqavudinov (Rusiya) - 0:7
Bürünc medal görüşü: Nurəddin Novruzov - Assilcan Yessengeldi (Qazaxıstan) / Şübham Şübham (Hindistan) cütünün qalibi

65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan) - 8:2
1/4 final: Zirəddin Bayramov - Giorgi Tçoladze (Gürcüstan) - 16:5
1/2 final: Zirəddin Bayramov - Reynald Bartlet (ABŞ) - 6:2
Final: Zirəddin Bayramov - Şamil Mammədov (Rusiya)

70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan) - 13:3
1/4 final: Cəbrayıl Hacıyev - Kevin Makota (İsveç) - 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Stanislav Svinoboyev (Rusiya) - 6:1
Final: Cəbrayıl Hacıyev - Erfan Məhəmməd Elahi (İran)

79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya) 10:0
1/8 final: Əşrəf Aşırov - Munxdavaa Bayarmunx (Monqolustan) 10:0
1/4 final: Əşrəf Aşırov - Məhəmməd Abdullayev (Qırğızıstan) 4:2
1/2 final: Əşrəf Aşırov - Maxambet Nurjaubayev (Qazaxıstan) - 11:3
Final: Əşrəf Aşırov - Məhəmməd Aşqar Nokhodilarimi (İran)

Qeyd edək ki, final görüşləri avqustun 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti