"Uduzanda çox pis oldum, indi Tanrıya şükür edirəm" - FOTO

8 Avqust 2021 14:20 Güləş 539
"Uduzanda çox pis oldum, indi Tanrıya şükür edirəm" - FOTO

"Salam, Azərbaycan. Budur, əlimdə dördüncü olimpiya medalımı tuturam.

Təəssüf ki, bu, qızıl medal deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.

50 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 33 yaşlı idmançı bildirib ki, bu, tarixi nailiyyətdir:

"Bu, əzmkarlığın, 20 ildir çəkdiyim əziyyətin nəticəsidir. Yarımfinalda uduzanda çox pis oldum. Amma indi bürünc medalın dəyərini anlayıram və bunun üçün Tanrıya şükür edirəm".

Karyerası ilə bağlı da danışan Stadnik hazırda yalnız istirahəti düşündüyünü söyləyib:

"Olimpiya oyunlarına hazırlıq çox ciddi psixoloji yükdür. Ən azı 2-3 ay lazımdır ki, özümə gəlim və qaldığım yerdən davam edə bilim".

Mariya Stadnik: Bürünc medala görə Tanrıya şükür edirəm

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"