İslam Abbasovun Tokio-2020-də daha bir rəqibi müəyyənləşdi

3 Avqust 2021 01:24 Güləş 823
İslam Abbasovun Tokio-2020-də daha bir rəqibi müəyyənləşdi

Avqustun 3-də Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş üzrə daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

Sportinfo.az xəbər verir ki, həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib.

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq.

Abbasov bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

87 kq çəkidə qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti