"Hələ də alışıb-yanıram"

29 İyul 2021 01:38 Güləş 960
"Hələ də alışıb-yanıram"

"Bu, mənim üçün sayca 3-cü olimpiada olacaq. Amma hazırda elə hiss edirəm ki, sanki birincidir. Hələ də qələbə əzmi ilə alışıb-yanıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov (97 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına səfər haqda federasiyanın rəsmi "yutub" kanalına açıqlamasında deyib.

Olimpiya çempionu bu yarışa fərqli fomada kökləndiyini bildirib:

"Tokio olimpiadasına karyeramın sonuncu yarışı, həlledici an kimi hazırlaşmışam. Olimpiya oyunlarında karyeramı gözəl şəkildə başa vurmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM