Azərbaycanlı çempionla bağlı son qərarı təşkilat komitəsi verəcək

23 İyul 2021 09:20 Güləş 672
Azərbaycanlı çempionla bağlı son qərarı təşkilat komitəsi verəcək

Zədə səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşən Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyevi əvəzləyəcək idmançı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 74 kq-da çıxış edən güləşçinin əvəzinə olimpiadada Turan Bayramov qüvvəsini sınayacaq.

Artıq onun adı Dünya Güləş Birliyinin (UWW) rəsmi saytında yarışın iştirakçıları siyahısında göstərilib.

Yeniyetmə və gənclər arasında Avropa çempionu ilə bağlı son qərarı Tokio-2020-nin təşkilat komitəsi verəcək.

Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"