Azərbaycanlı Mariya onu ağladan yaponlardan qisas ala biləcək?

11 İyul 2021 22:40 Güləş 660
Azərbaycanlı Mariya onu ağladan yaponlardan qisas ala biləcək?

Dünyanın ən böyük idman yarışı olan Yay Olimpiya Oyunlarına artıq sayılı günlər qalıb.

Sportinfo,az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiada 23 iyulda start götürəcək.

Azərbaycan indiyə qədər 44 lisenziya qazanıb. Lisenziya sahiblərindən biri də qızıl medal ümidlərimizdən olan Mariya Stadnikdir. Karyerasının sonuna yaxınlaşan idmançı üçün bəlkə də bu sonuncu Olimpiadadır.

İki dəfə Olimpiada finalına qədər gələn Stadnik yalnız gümüş medallarla kifayətlənməli olub. Maraqlıdır ki, Stadnik finalların hər ikisində yapon idmançılara məğlub olub.

Karyerasında 2 dəfə dünya, 8 dəfə Avropa çempionu titulunu qazanan ukraynalı güləşçi yalnız Olimpiya qızılına sahib deyil.

Mariya Stadnik 2012-ci il London Olimpiadasında uğurlu çıxış edərək finala qədər gəldi. Finalda isə onun rəqibi dünya çempionatının həlledici qarşılaşmasında uduzduğu yaponiyalı Hitomi Obara idi.

Həmin görüşün ilk hissəsini üstün bitirən xanım güləşçimiz 4:0 hesablı üstünlüyə malik idi. İkinci hissədə isə Obara Mariyanı 1:0 hesabı ilə məğlub etdi. Həlledici – üçüncü hissədə isə yapon güləşçisi 2:0 hesablı qalibiyyətlə qızıl medal qazandı. Mariya Olimpiya ikincisi oldu.

2016-cı il Rio-de-Janeyroda keçirilən Olimpiadada Mariya yenə finala qədər uğurlu çıxış etdi. Həlledici görüşdə isə qarşısına bir il öncə dünya çempionatı finalında məğlub olduğu Eri Tosaka çıxdı.

Həmin görüş həm də hakimlərin yanlış qərarları ilə yadda qaldı. İlk hissədə Stadnik rəqibinə fənd tətbiq etsə də, hakimlər bunu görməzdən gəldi.

Görüşün sonlarına yaxın isə Mariya Stadnik üstünlüyünü əldən verdi.

Əvvəlcə passiv güləşə görə hakimlər onun rəqibinə bir xal verdi, sonda isə hücuma keçərkən yorğunluq səbəbindən əks fəndə düşdü və yenə də gümüş medal qazandı.

Bu dəfə isə Stadnik Yaponiyada – iki dəfə finalda məğlub olduğu yaponlardan qisas alaraq qızıl medal qazanmaq üçün xalçaya çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti