“Bəlkə də bu, son şansımdır” - Hacı Əliyev

9 İyul 2021 01:10 Güləş 1 555
“Bəlkə də bu, son şansımdır” - Hacı Əliyev

Olimpiadada güləş üzrə yarışlarda 65 kq çəki dərəcəsində çıxış edəcək Hacı Əliyev “Poland Open” turnirində 70 kq çəkidə mübarizə aparıb və bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, bunun Olimpiadaya mənfi təsir göstərməyəcəyini düşünür:

“70 kq-da güləşmək mənim üçün çətin oldu. İlk dəfə idi bu çəkidə güləşirdim. Fikrimcə, yaxşı nəticə göstərdim. Amma Olimpiya Oyunlarında öz çəkimdə güləşəcəm.

“Poland Open”də 70 kq çəkidə iştirakımın Olimpiada üçün heç bir maneçiliyi olmayacaq. Əksinə, Olimpiya Oyunları öncəsi çəki salmamışam və gücümü ora saxlamışam.

Mənim çəkimdə çox güclü idmançılar, dünya çempionları var. Heç birinə zəif deyə bilmərəm. Çünki ən güclü çəki 65 kq-dır”.

Karyerasında çatışmayan yeganə medal Olimpiya qızılı olan güləşçi bunu əldə etmək üçün çox əziyyət çəkdiyini vurğulayıb: “Karyeramda bütün medallar var.

Bircə Olimpiadanın qızılı çatmır. Bu, bəlkə də, son şansımdır. Olimpiya Oyunlarında bürünc medalım var. Amma bunu mütləq qızıl eləmək lazımdır”.

Hacı Əliyev ən böyük dəstəkçilərinin ailəsi olduğunu deyib: “Bütün ailə üzvlərim – atam, anam, qardaşım, yoldaşım, övladlarım ən böyük dəstəkçilərimdir.

Həmçinin məni tanıyan bütün qohum-əqrəbamdan, məşqçilərimdən də dəstək görürəm. Onlar mənim ən böyük azarkeşlərimdir”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu