0:7 hesabını qələbəyə çevirən Fərid: ”Ermənini mütləq udmalı idim” - FOTO

5 İyul 2021 14:40 Güləş 1 347
0:7 hesabını qələbəyə çevirən Fərid: ”Ermənini mütləq udmalı idim” - FOTO

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimizin üzvü, Avropa çempionu olan Fərid Baxışlı finalda erməni rəqibinə qalib gəlməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, Armen Sukasyanla görüşdə geridönüşündən söz açıb:

“Motivasiyam çox yüksək idi. Birinci hissədə boşluq buraxdım. Sonra 50 saniyə içində 7 xal topladım və qalib gəldim.

Qalibiyyətdən sonra əsgər salamı verdim və bunu şəhidlərə, qazilərə həsr etdim. Qarşılaşmada geridönüş etməyimə gəlincə, rəqibin erməni olması burada rol oynadı. Ona mütləq qalib gəlməli idim”.

O, Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb. 55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb.

0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlubiyyətə uğradıb.

Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti