Azərbaycan yığmasıının daha iki üzvü qızıl medal qazandı

1 İyul 2021 00:56 Güləş 843
Azərbaycan yığmasıının daha iki üzvü qızıl medal qazandı

Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finada Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib.

74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2.

125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

Daha əvvəl digər sərbəst güləşçi Turan Bayramov (75 kq) Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar