Bayramov 7:0-la Avropa çempionu oldu

30 İyun 2021 00:56 Güləş 850
Bayramov 7:0-la Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub.

Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti