Zenfira 5:0-la Avropa üçüncüsü oldu

19 İyun 2021 10:20 Güləş 933
Zenfira 5:0-la Avropa üçüncüsü oldu

Azərbaycanın qadın güləşçisi Zenfira Haşımova Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 46 kq-da mübarizə aparan idmançı gürcüstanlı Marina Satkoevi ilə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Haşımova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!