KİŞİ KİMİ QADIN: "Özümə daha çox güvənirəm"

12 İyun 2021 12:40 Güləş 503
KİŞİ KİMİ QADIN: "Özümə daha çox güvənirəm"

"Turnirdə qızıl medal qazandım. Nəticədən razıyam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) yutub kanalına müsahibəsində Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirinin qalibi olması barədə danışarkən deyib.

2 qat dünya və 8 qat Avropa çempionu bildirib ki, dağdakı təlim-məşq toplanışından sonra zalda nəfəs almaq çətin olur:

"Özünü elə hiss edirsən ki, sanki çəkin ağırlaşıb. Bu, Tokio olimpiadası öncəsi son turnir idi. Belə yarışlar önəmlidir. Özümüzü yoxlamalı, hansı formada olduğumuzu görməli, hazırlığa daha nələri əlavə etməli olduğumuzu bilməli idik".

Stadnik Varşavada apreldə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb. Onun sözlərinə görə, həmin yarışda çıxış etmək daha çətin olub:

"Bu, karantindən sonra olk ciddi sınağım idi. Uzun müddətdir yarışlarda iştirak etmirdim. Psixoloji planda çətin idi. Hazırda daha yaxşı formadayam və özümə daha çox güvənirəm. Bu mənada Polşadakı turnirdə iştirak daha asan oldu".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!