Hacı Əliyev bürünc aldı

9 İyun 2021 02:24 Güləş 504
Hacı Əliyev bürünc aldı

Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

70 kq-da iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemiylə keçiriləcək. Hacı Əliyev A qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb.

Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub.

Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisiylə qarşılaşan Hacı rəqibinə minimal fərqlə qalib gəlib.

Şərif Şərifov isə pley-off sistemiylə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.

70 kq
A qrupu

1-ci tur: Hacı Əliyev - Sirociddin Həsənov (Özbəkistan) - 8:2
2-ci tur: Hacı Əliyev - Sirbaz Talqat (Qazaxıstan) - 13:2
3-cü tur: Hacı Əliyev - Zurabi Yakobişvili (Gürcüstan) - 3:0
1/2 final: Hacı Əliyev - Alek Pantaleo (ABŞ) - 6:6*
Bürünc medal görüşü: Hacı Əliyev - Zurabi Yakobişvili (Gürcüstan) - 2:1

97 kq
Təsnifat: Şərif Şərifov - Abraham Ruano (İtaliya) - 2:2*

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı