“O, heç sözümdən çıxmazdı” - Olimpiya çempionumuzun anası: VİDEO

4 İyun 2021 23:00 Güləş 801
“O, heç sözümdən çıxmazdı” - Olimpiya çempionumuzun anası: VİDEO

Milli Olimpiya Komitəsi güləş üzrə Olimpiya çempionu Şərif Şərifovun karyerası ilə bağlı reportaj hazırlayıb.

Sportinfo.az xəbər verir ki, reportajda ailə üzvləri idmançı haqqında danışıblar.

Şərifovun anası Xabibat Şərifova oğlunun danışmağı çox xoşlamadığını bildirib: “”Bir rus qonşumuz var idi və mənə deyirdi ki, oğlun heç kəsə salam vermir. Mən də yoldaşa bildirdim ki, o, salamlaşır, amma danışmağı xoşlamır. Sözdən heç vaxt çıxmazdı, mənə kömək edərdi, qoyun otarardı, bostan belləyərdi”.

Olimpiya çempionunun atası Naibqadcav Şərifov oğlunun uşaqlıqdan prinsipial biri olmasından söz açıb: “Hansısa irad tutanda ona çox təsir edərdi. Kiçik yaşlarından prinsipial idi. Bəlkə də prinsiplərinə sadiqliyi onun böyük idmanda uğur qazanmasına kömək etmişdi.

Şərif Şərifov Azərbaycana öz evi kimi baxdığını deyib: “2008-ci ildə Azərbaycan çempionatında qalib oldu. Mənim potensialımı görüb yığmanı təmsil etməyimi təklif etdilər.

Buraya öz evimə gəlirəm. İnsanları tanıyıram, çox qonaqpərvərdirlər. Olimpiya çempionu olanda məşqçilərim orada idi.

Firdovsi müəllim xalça üzərinə çıxıb qışqırdı “sən artıq Olimpiya çempionusan”. İnanmırdım ki, bu həqiqətdir. Evimə gəldim, doğmalarımı, yaxınlarımı gördüm, o zaman bunun nə olduğunu anlamışdım”.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da vaxtilə çalışdırıcısı olduğu idmançının əzmkarlığından danışıb:

“Azərbaycanda həmişə güləş ənənələri olub, amma ağır çəkidə problemlər yaşanırdı. 2008-ci ildə milli komandaya cəlb olunanda Şərifin orada əzmkarlığı, çalışması bir məşqçi kimi məni də cəlb eləmişdi.

2009-cu ildə özünü yaxşı tərəfdən göstərdiyi üçün ona şans verdik. Olimpiya oyunlarında onun qrupunda ən güclü güləşənlər var idi və onlara qalib gəlib qızıl medal qazandı. Finala çıxanda qələbəyə inanırdıq. Bu xatirələr yaddaşımdan silinməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti