Federasiyadan yığma ilə bağlı BİABIRÇI QƏRAR - FOTOLAR

3 İyun 2021 11:00 Güləş 5 283
Federasiyadan yığma ilə bağlı BİABIRÇI QƏRAR - FOTOLAR

Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.

Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib.

Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib.

Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb. Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib.

Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar. Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub.







Digər Xəbərlər
Xəbər Lenti