Azərbaycanda hakimə görə dayandırılan oyunun vaxtı

26 Fevral 2020 13:10 Futzal 1 416
Azərbaycanda hakimə görə dayandırılan oyunun vaxtı

Futzal üzrə Yüksək Liqanın XV turunda hakimlərin düzgün olmayan qərarı əsasında başa çatmayan “Marafon” – “Araz” oyununun keçirilmə tarixi açıqlanıb.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma martın 2-də saat 14:00-da başlayacaq. Görüş “Olimpik Star”da keçiriləcək.

Fevralın 20-də keçirilən görüşün 26:09 dəqiqəsində “Marafon” komandası hakimin qərarına etiraz edərək meydanı tərk edib.

Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Oyunu FIFA referisi Hikmət Qafarlı idarə edib. Daha sonra AFFA İntizam Komitəsi görüşün yenidən keçirilməsi ilə bağlı qərar çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu