Millimizin baş məşqçisi "Xocalıda can qaldı" sərgisində - FOTOLAR

25 Fevral 19:44 Futzal 578
Millimizin baş məşqçisi "Xocalıda can qaldı" sərgisində - FOTOLAR

Bu gün futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva, yığmanın qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıda can qaldı" adlı sərgi ilə tanış olublar.

Sportinfo.az Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, daha sonra iştirakçılar üçün ekskursiya keçirilib.

Qonaqları salamlayan Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli eksponatlar və guşələrlə bağlı maraqlı faktları onların diqqətinə çatdırıb.

Rövşən Hüseynli isə milli komandanın heyətində debüt matçında geyindiyi formanı muzeyə hədiyyə edib. Sonda muzey kollektivinə təşəkkür edən iştirakçılar qeyd dəftərinə öz ürək sözlərini yazıblar.

Xəbər Lenti
6 İyul 20:00 Rəşad "Zirə"li oldu
6 İyul 18:34 Azərbaycanda №1
6 İyul 12:30 Bravo-ya gəl və qazan!