Ruslar millimizi dünya çempionatına getməyə qoymadı

2 Fevral 2020 09:00 Futzal 1 438
Ruslar millimizi dünya çempionatına getməyə qoymadı

Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-yə yollanmaq istəyi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, hər şeyə qrupun sonuncu oyununda, Rusiya - Xorvatiya matçında aydınlıq gəlib.

Azərbaycan futzalçılarının DÇ şansının qalması üçün rusların bu oyunda qələbə qazanmaması lazım idi. Lakin Rusiya bu oyundan 4:3 qalib ayrılmaqla qrupda 1-ci olub, Xorvatiya isə 2-ci yeri tutub. Bu isə 3-cü pilləyə düşən millimizin final mərhələsindən kənarda qalmasına səbəb olub.

İlk turda Xorvatiyaya 0:2 hesabıyla uduzan Azərbaycan futzalçıları Rusiya yığmasına 4:3 qalib gəlsə də, Slovakiya ilə heç-heçəyə razılaşıb – 3:3.

Azərbaycan millisi indiyə qədər bir dəfə - 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının iştirakçısı olub və həmin mundialda mübarizəni 1/4 finalda dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada