Millimiz dramatik oyunda Rusiyaya qalib gəldi!

30 Yanvar 2020 21:40 Futzal 1 402
Millimiz dramatik oyunda Rusiyaya qalib gəldi!

Futzal üzrə Azərbaycan millisi DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşıb.

Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edibllər.

Yığmamız ilk oyunda ev sahibi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olmuşdu.Şimal qonşularımız isə ilk turda Slovakiyanı 7:1 hesabıyla məğlub etmişdi. Amma futzalçılarımız bu çətin və dramatik qarşılaşmadan qalib ayrılmağı bacarıblar.

Azərbaycan - Rusiya 4:3
Qol: R.Vilela, 01:44. K.Everton, 33:31; 39:24. İ.Atayev, 36:45 - Romulo, 15:28. D.Davıdov, 17:33. A.Antoşkin, 39:40.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 10. Oliveira Da Nascimento “Vassura”, 6. Eduardo Borges, 9. Rafael Vilela, 13. Kardoso Everton, 1. Emin Kürdov (q), 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conatan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali.

Baş məşqçi: Joze Alesio Da Silva.

Rusiya: 12. Albert Tsaider (q), 3. Romulo, 8. Eder Lima, 10. Robinho, 14. Danil Davıdov (k), 1. Georgi Zamtaradze (q), 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 9. Yanar Asadov, 11. Artem Niyazov, 13. Nikolay Şisterov, 15. Rişat Kotlyarov, 17. Artem Antoşkin, 18. Arser Baqirov.

Baş məşqçi: Sergey Skoroviç.

Xəbər Lenti