Azərbaycan Rusiyaya qarşı: milli qrupda qalacaq? - DÇ-2020

30 Yanvar 2020 11:34 Futzal 806
Azərbaycan Rusiyaya qarşı: milli qrupda qalacaq? - DÇ-2020

Futzal üzrə milli komandamız DÇ-2020-nin elit-raund mərhələsində bu gün qrupda ikinci görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçisi olduğu yığmamız Xorvatiyanın Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya futzalçıları ilə üz-üzə gələcək.

Qarşılaşma Baakı vaxtı ilə saat 20:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. Matçı italiyalı hakimlər - Alessandro Malfer, Angelo Qalante və Çiara Perona idarə edəcəklər.

Futzalçılarımız ilk oyunda ev sahibi Xorvatiya komandasına 0:2 hesabı ilə uduzublar. Milli bu gün də məğlub olsa, qrupda qalacaq və sonuncu turda Slovakiya ilə oyunun nəticəsindən asılı olmayaraq, DÇ-2020-nin Litvada təşkil ediləcək final mərhələsinə, eləcə də pley-off mərhələsinə vəsiqə qazana bilməyəcək. Qrup birincisi DÇ-yə birbaşa gedəcək. 2-ci yeri tutan komanda isə başqa qrupun ikincisi ilə pley-off oyunlarına çıxacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!