Rusiyalı: "Azərbaycan millisinin gücü hər kəsə bəllidir"

30 Yanvar 2020 14:00 Futzal 720
Rusiyalı: "Azərbaycan millisinin gücü hər kəsə bəllidir"

"Turnirdə ilk matçımızı Slovakiyaya qarşı keçirdik. Oyunçular arasında əlaqəni hiss etmək və bir qədər nəfəs almaq vacib idi. Ancaq nəticəni də unutmaq olmazdı".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya millisinin futzalçısı Artyom Antoşkin dünya çempionatının elit-raundunun ilk turunda Slovakiyaya 7:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Həmin matçda dubl edən 27 yaşlı rusiyalı futzalçı bu gün qarşılaşacaqları Azərbaycan millisi barədə də danışıb: "Bu komandanın gücü hər kəsə bəllidir. Ardından meydan sahibləri - Xorvatiyaya qarşı oynayacağıq. Bir sözlə, əldə etdiyimizlə kifayətlənməyəcəyik".

Rusiya və Azərbaycan milliləri arasındakı görüş Xorvatiyanın Osiyek şəhərində təşkil olunan elit-raundun C qrupunun ikinci turuna təsadüf edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk turda Azərbaycan millisi Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"