Millimizin üzvü: "Hər zaman stress, əsəb gərginliyi olur"

30 Yanvar 2020 12:44 Futzal 650
Millimizin üzvü: "Hər zaman stress, əsəb gərginliyi olur"

“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq. İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan futzal millisinin üzvü Vassora federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, elit-raund mərhələsinin Xorvatiya ilə keçirilmiş ilk matçını dəyərləndirib. Futzalçı rəqibə də hörmətlə yanaşdığını bildirib: “Rəqibimiz doğma meydanda çıxış edirdi.

Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.

Millinin üzvü azarkeşləri ümidini itirməməyə çağırıb: “Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər.

Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, “idman xoşbəxtliyi”nin də tərəfimizdə olması vacibdir”.

İlk oyununda Xorvatiyaya 0:2 hesabı ilə uduzan Azərbaycan millisi bu axşam Rusiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!