Azərbaycan Xorvatiyaya məğlubiyyətlə başladı -

30 Yanvar 2020 00:46 Futzal 830
Azərbaycan Xorvatiyaya məğlubiyyətlə başladı - DÇ

Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-nin elit-raund mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşıb.

Görüşü italiyalı hakimlər – Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer idarə ediblər.

Xorvatiya futzalçıları millimiz üçün uğursuz rəqib idisə, oyunların keçirildiyi məkan uğurlu arenaydı. Belə ki, daha öncə bu komanda ilə indiyədək 4 dəfə üz-üzə gəlmişdik. İlk 3 oyunda xorvatlar qələbə qazanmışdı – 6:3, 5:1, 3:1.

Sonuncu duel isə 2015-ci ildə məhz bu arenada baş tutmuşdu. Həmin oyunun əksər hissəsində hesabda öndə olan millimiz sona yaxın üstünlüyünü əldən vermişdi və görüş heç-heçə başa çatmışdı – 4:4.

Təəssüf ki, millimiz bu dəfəki oyundan məğlub ayrılıb. Matçın əvvəlində və sonunda buraxılan qollar millimizin məğlubiyyətini qaçılmaz edib.

Bu dəfə qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq komandalar isə pley-offda üz-üzə gələcəklər. Pley-off mərhələsi aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Yığmamız qrup ikincisi olarsa, D qrupunun ikincisi ilə qarşılaşacaq.

Xorvatiya – Azərbaycan 2:0

Qol: Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.

Hakimlər: Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer.

Osiek şəhəri. Qradski vrt Arena.

Xorvatiya: 12. Zarko Luketin (q), 20. Zoran Primiç (q), 3. Yosip Jurlina, 10. Tihomir Novak, 11. Yosip Suton, 16. Luka Suton, 8. Duşko Martinaç, 15. Matey Horvat, 9. Luka Periç, 13. Kristian Postrujin, 7. Franko Yelovçiç, 5. Duje Bayruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç.

Baş məşqçi: Mato Stankoviç

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 1. Emin Kürdov (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 10. Oliveyra Da Nasimento “Vassura”, 5. Amir Şocaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali, 9. Rafael Vilela, 13. Kardoso Everton.

Baş məşqçi: Joze Alesio Da Silva.

Xəbər Lenti