"Pis oynadıq, çoxlu səhvlərə yol verdik"

23 Yanvar 2020 10:10 Futzal 649
"Pis oynadıq, çoxlu səhvlərə yol verdik"

Özbəkistanın futzal millisinin baş məşqçisi Bahodir Əhmədov Azərbaycanla yoxlama matçından sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis 3:4 hesablı məğlubiyyəti şərh edib:

“Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi.

Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük.

Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı