"Millinin qarşısına konkret məqsəd qoyulub: "irəliləməliyik”

23 Yanvar 2020 09:28 Futzal 863
"Millinin qarşısına konkret məqsəd qoyulub: "irəliləməliyik”

Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni şərh edib:

“Oyuna daha yaxşı konsantrasiya olmuşduq. Çünki dünən keçirdiyimiz matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq.

Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik. Yekun heyətlə bağlı qərarımı sabah verəcəm.

Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiekə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti