Azərbaycan yığması özbəklərdən revanş aldı

22 Yanvar 2020 22:00 Futzal 972
Azərbaycan yığması özbəklərdən revanş aldı

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün Özbəkistan yığmasıyla ikinci yoldaşlıq görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun komandası ilk oyundan 2:3 hesabıyla məğlub ayrılmışdı.

Futzalçılarımız bu rəqiblə yenə eyni vaxtda, eyni məkanda qüvvəsini sınayıb. Cavab qarşılaşması daha məhsuldar alınıb və bu dəfə millimiz qələbə qazanan tərəf olub.

Millimiz yanvarın 13-dən Bakıda başladığı təlim-məşq toplanışını bu ardıcıl matçlardan sonra başa vuraraq yanvarın 24-dən 25-nə keçən gecə elit-raund mərhələsində yer aldığı qrupların matçlarını keçirəcəyi Xorvatiyanın Osiyek şəhərinə yollanacaq.

Azərbaycan – Özbəkistan 4:3

Qol: Vassura, 02:26. Bolinya, 12:07. E.Borges, 15:00. İ.Atayev, 36:32 – İ.Hamroev, 09:49. İ.Ropiyev, 25:25. S.Jorayev, 28:35.

Qırmızı vərəqə: Ə.Usmanov, 35:14.

Azərbaycan: 12. Rovşən Hüseynli (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 10. Oliveyra Da Nascimento “Vassura”, 6. Eduardo Borges, 13. Amir Shocaei, 1. Emin Kürdov (q), 5. Tofiq Mikayılov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağirov, 14. Hadi Ahmadi, 16. Conatan Luiz De Angelis “Batton”, 17. İsa Atayev, 20. Eshaq Soorqali.

Baş məşqçi: Joze Alesio.

Özbəkistan: 1. Rustam Umarov (q, k), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 3. Maşrab Adilov, 6. İlhamjon Hamroev, 12. Ravşan Eliboyev (q), 8. Husniddin Nişonov, 7. Dilşod Rahmatov, 9. Ravşan İsmatullaev, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev, 14. Konstantin Sviridov, 5. Javlon Anorov, 13. Abdulla Solihov, 10. Xuşnur Erkinov.

Baş məşqçi: Bahodir Ahmedov.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı