"Sanki komandam oyunda deyildi" - Millimizi çalışdıran

22 Yanvar 2020 00:42 Futzal 762
"Sanki komandam oyunda deyildi" - Millimizi çalışdıran

"İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra deyib.

Braziliyalı mütəxəssis 2:3 hesablı məğlubiyyəti belə şərh edib:"Özbəkistan millisi bizə qarşı ikiqat istəkli idi.

Bizdə isə hazırda Yüksək Liqada fasilədir və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb.

Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdir. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"