Bağırov, Əsədov, Niyazov, Robinyo, Abramoviç...

21 Yanvar 2020 18:30 Futzal 873
Bağırov, Əsədov, Niyazov, Robinyo, Abramoviç...

Futzal üzrə DÇ-2020-nin elit raundunda millimizlə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ruslar millinin böyük məşqçisi Sergey Skoroviçin rəhbərliyi altında təlim-məşq toplanışına start verib.

Qapıçılar: Georgi Zamtaradze, Albert Sayder, Dmitri Putilov.

Meydan oyunçuları: Danil Davıdov, Nikolay Şisterov, Andrey Afanasyev, Romulo, Yanar Əsədov, Artyom Niyazov, Arser Bağırov, İvan Milovanov, Sergey Abramoviç, Artyom Antoşkin, Ruslan Kudziyev, Rişat Kotlyarov, Sergey Abramov, Robinyo, Eder Lima.

Elit raundda Azərbaycan millisi qrupda Rusiya yığmasından başqa, Xorvatiya və Slovakiya ilə də mübarizə aparacaq. Qrup birincisi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan yığma isə son pley-off oyununda iştirak hüquq əldə edəcək.

Azərbaycan - Rusiya matçı yanvarın 30-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər Lenti