Millidə zarafat etmək və deyib-gülmək olmaz! - QADAĞA

17 Yanvar 2020 19:34 Futzal 1 081
Millidə zarafat etmək və deyib-gülmək olmaz! - QADAĞA

2020-ci ildə futzalçıların dünya kubokunun final mərhəsi keçiriləcək.

Avropada seçmə mərhələ davam edir və Azərbaycan millisi yarışların elit raundunun "C" qrupunda yer alır.

Yanvarın 29-dan fevralın 1-nə qədər Xorvatiyanın Osiyek şəhərində ev sahibləri, Rusiya və Slovakiya ilə üz-üzə gələcək Azərbaycan yığması hazırlıq məqsədilə Bakıda təlim-məşqlərə başlayıb.

Toplanış zamanı Bakı İdman Sarayında komanda yanvarın 21-22-də Özbəkistan ilə iki yoxlama qarşılaşmada qüvvəsini sınayacaq.

Məşqçi korpusu heyətə "Araz"dan Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Əmir Şocaei, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov və Hadi Əhmədini, EKOL-dan Emin Kürdovu, "Marafon"dan Tofiq Mikayılovu, habelə əcnəbi klublardan Eduardu Borceşi ("Paris", Fransa), Tyaqu Telleş Martinşi ("Norilsk Nikel", Rusiya), İshaq Surğalini («Azaraxş», İran), Oliveyra da Nassimentunu və Conatan Luiz de Ancelisi (hər ikisi - "Alarabi", Küveyt) cəlb edib.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Joze Alesio komanda üzvlərinə xəbərdarlıq edib.

O, sözünə qulaq asmayan, verdiyi tapşırıqları ciddiyə almayan futzalçıların bir daha yığmaya çağırılmaması üçün federasiyaya müraciət eləyəcəyini bildirib.

Cənubi amerikalı mütəxəssis xatırladıb ki, əvvəlki toplanışlarda iştirak edən bir neçə oyunçu məşqlərdə özlərini pis apardığından, bu dəfə milliyə çağırılmayıb.

O, hazırlıq prosesi zamanı futzalçıların bir-biriylə zarafat etməsinə və deyib-gülməsinə qadağa qoyub.

Xəbər Lenti