Azərbaycan millisinin üzvü İspaniya klubunda - FOTO

10 Yanvar 2020 22:50 Futzal 1 801
Azərbaycan millisinin üzvü İspaniya klubunda - FOTO

Futzal üzrə Azərbaycan milli komandasının üzvü özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, söhbət Rafael Vileladan (Karvalho dos Santos) gedir.

Hücumçu karyerasını İspaniyanın “Palma Futsal” komandasında davam etdirəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Palma Futsal" komandası cari İspaniya çempionatında 16 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Komanda liderdən 6, ikinci və üçüncü pillədə yer alan rəqiblərindən isə müvafiq olaraq 3 və 2 xal geri qalır.

Rafael Vilela 2017-ci ildə İranın İsfahan şəhərində təşkil olunmuş beynəlxalq turnirdə millimizin heyətində çıxış edib. O, Rusiya, Qazaxıstan və İranla matçların hər birində 1 dəfə fərqlənməklə yanaşı, göstərdiyi keyfiyyətli oyunla diqqətləri çəlb edib.

Bundan başqa, Vilela Azərbaycan çempionatının Yüksək Liqasının 2017/18-ci il mövsümünün tən yarısını "Araz"ın heyətində keçirib, ovaxtkı adı ilə UEFA kubokunda iştirak edib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"