Dava düşdü - VİDEO

10 Yanvar 2020 17:48 Futzal 870
Dava düşdü - VİDEO

Ukraynanın Lutsk şəhərində keçirilən futzal üzrə turnirdə dava düşüb.

Sportinfo.az xəbər verir ki, Ukrayna millisinin sabiq oyunçusu Taras Mixalik Lutskda keçirilən futzal üzrə Milad turnirində dava salıb.

İdmançılar arasındakı münaqişə oyunçulardan biri kobud sürüşmə fəndi edib, rəqibə çırpıldıqdan sonra yaranıb. Bundan sonra Mixalik həmin futbolçu ilə əlbəyəxa olub. Digər futbolçular da davaya qoşulub.

Hər iki komandanın oyunçuları məşqçilərlə birlikdə mübarizəni dayandırmalı olublar.

Hakim keçmiş “Lokomotiv” oyunçusuna qırmızı vərəqə göstərib. Hazırda Taras Mixalik “Volın”da oynayır.

Xəbər Lenti