Yığmamıza Fransa, Rusiya və Küveytdən oyunçular çağırıldı

10 Yanvar 2020 12:16 Futzal 725
Yığmamıza Fransa, Rusiya və Küveytdən oyunçular çağırıldı

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən 25-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində komandamız yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Təlim-məşq toplanışına dəvət olunmuş futzalçıların siyahısını təqdim edirik:

Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Amir Şojaei, İsa Atayev, Ramiz Çovdarov, Hadi Ahmadi, Xətai Bağırov (hamısı "Araz"), Emin Kürdov (EKOL), Oliveyra da Naşimento, Conatan Luiz de Angelis (hər ikisi "Alarabi Sportinq Club", Küveyt), Eduardo Borqes ("ACCS Futsal Club Paris", Fransa), Tiaqo Telles Martins ("Norilsk Nikel", Rusiya), Eshaq Soorqali ("Azaraxş", İran), Tofik Mikayılov ("Marafon").

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"