Azərbaycan millisinin üzvü İspaniya klubuna keçdi - FOTO

7 Yanvar 2020 23:05 Futzal 1 489
Azərbaycan millisinin üzvü İspaniya klubuna keçdi - FOTO

Azərbaycanın futzal yığmasının üzvü Rafael Karvalyo Vilela dos Santos karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Braziliya əsilli futzalçı İspaniyanın "Palma" klubu ilə anlaşıb.

26 yaşlı oyunçu klubla daha iki il uzadıla bilməsi şərti ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Son iki mövsümü Braziliyanın "Kopaqril" klubunda keçirən Karvalyo daha öncə "Araz"ın da şərəfini qoruyub.

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən xəbərə görə, DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək milli komandanın heyətində Karvalyonun da yer alacağı gözlənilir.

29 yanvar - 1 fevral tarixlərində Xorvatiyanın Osiek şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi C qrupunda Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq.

Qrup qalibiləri birbaşa final mərhələsinə yüksələcəklər, ikinci pilləni tutacaq komandalar isə pley-off oyunlarında üz-üzə gələcəklər.

Xəbər Lenti