Qubalılar onun üçün necə də darıxıb… - FOTOLAR

26 Dekabr 2019 09:14 Futzal 1 142
Qubalılar onun üçün necə də darıxıb… - FOTOLAR

Futzal üzrə Yüksək Liqada XIV tura start verilib. Sportinfo.az xəbər verir ki, lider "Araz" ortabablardan olan "Premier"lə qarşılaşıb.

Qubadakı ADİU-nun İdman Kompleksində keçirilən görüş bolqollu alınıb. Qarşılaşma zamanı tribunaların tamamilə dolu olması diqqət çəkib. Hətta qubalı azarkeşlər giriş qapısının arxasındakı hissəni də boş qoymayıblar.

15 qol vurulduğu matçda "Araz" 9:6 hesablı qələbə qazanıb. Bununla çempion qış fasiləsinə məğlubiyyətsiz yollanıb. Komanda cari mövsüm keçirdiyi 14 oyunun hamısında qələbə qazanıb. İlin son turunun digər oyunları isə sabah Bakıdakı Olimpik Starda keçiriləcək.

"Premier" (Quba) – "Araz" 6:9

Qollar: Firudin Ağalarov, 05:08; Ağaseyid Qasımov, 18:58; Vüqar Asalıyev, 22:55, 39:00; Sabir Əlişan, 28:53, 31:28 - İsa Atayev, 02:10, 03:10, 19:40; Xətai Bağırov, 04:24, 07:32, 26:58; Nihad İsmayılov, 16:49; Murilo Borges Souza, 27:07; Hadi Ahmadi, 34:09

Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti