Millimiz ili 5-ci pillədə başa vurdu

25 Dekabr 2019 23:40 Futzal 831
Millimiz ili 5-ci pillədə başa vurdu

UEFA futzal üzrə Avropa yığmalarının 2019-cu ildəki son reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aktivində 2013 balı olan Azərbaycan millisi ili 5-ci sırada başa vurub.

Komandamızın DÇ-2020-nin elit-raundundakı rəqiblərindən Rusiya (2099) 2-ci, Xorvatiya (2112) 10-cu, Slovakiya (1713) isə 16-cıdır.

Reytinqə 2112 xalla İspaniya başçılıq edir.

Xəbər Lenti