"Azərbaycan millisi təhlükəli rəqibdir" - EMİL ƏLİYEV

25 Dekabr 2019 15:44 Futzal 1 551
"Azərbaycan millisi təhlükəli rəqibdir" - EMİL ƏLİYEV

"Bizi çox çətin mərhələ gözləyir. Dünya çempionatının elit-raundunun püşkü üzümüzə gülmədi".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev deyib.

Əslən azərbaycanlı olan qurum rəhbəri futzal üzrə DÇ-nin elit-raundunun püşkü barədə danışıb, Xorvatiya, Azərbaycan və Slovakiyanın gücünü qiymətləndirib: "Hər üç rəqibin təhlükəli olduqlarını bilirik. Mundiala yollanmaq üçün qrupda birinci pilləni tutmaq şərtdir. Millidə nəsil dəyişikliyini də nəzərə alsaq, işimizin çətin olacağını indidən etiraf etməliyik".

Elit-raund çərçivəsində yanvarın 29-da Rusiya - Slovakiya, Xorvatiya – Azərbaycan, yanvarın 30-da Azərbaycan – Rusiya, Xorvatiya – Slovakiya, fevralın 1-də Slovakiya – Azərbaycan, Rusiya – Xorvatiya görüşləri keçiriləcək. Qrup qalibiləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.

Xəbər Lenti